SOCAR istiqrazlarının növbəti kupon ödənişinin vaxtı AÇIQLANDI: Bir milyondan çox vəsait köçürüləcək

İqtisadiyyat

Beş illik müddətə buraxılan və faizləri üç aylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.

SOCAR-dan verilən məlumata görə, SOCAR istiqrazlarının ikinci faiz ödənişi nəticəsində 1,125 milyon dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.

“Bununla da investorların ümumi qazancı 2,25 milyon dollara yüksəlmiş olacaq”, – məlumatda deyilir.

Qeyd olunur ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir