Sərxoş kişi bulvarda dənizə düşdü – FOTO

Cəmiyyət

Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 55-60 yaşlarında olan kişinin sərxoş olduğu bildirilir.

İlkin ehtimala görə, sərxoş halda olan şəxs müvazinətini itirdiyindən dənizə yıxılıb.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir