Səfir Buça faciəsini Xocalı soyqırımı ilə eyniləşdirdi – VİDEO

Dünya

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı soyqırımı ilə müqayisə edib.

Diplomat bu barədə “Twitter” səhifəsində yazıb. 

“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xət dəyişməzdir…”, – V.Kanevski qeyd edib. 

Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir