Şəfasından sağalanların sağ əli kimi sevilirdi

Bölgə

Şəfasından sağalanların sağ əli kimi sevilirdi

Maraqlıdır,Kəlbəcərdə “Feldşer Hüseyn” kimi tanınan loğmana nədən bu sahədə çalışanlar qısqanmadılar?

İnsan övladını heç də ötəri yerə yaradılan canlıların əşrəfi saymırlar. Doğrudan da elə yaradılmışlar olur ki, tək bircə hərəkəti ilə zamanın, tarixin səhifələrinə yazılır. Belə insanlara örnək ömür yaşayanlar da deyirlər. Az qala, 30 ilə yaxındr ki, həsrətini çəkdiyimiz doğma yurdumuzda – Kəlbəcərimizdə də belə örnəklər, sayılıb-seçilənlər az olmayıb. Kəlbəcərdə köklü-budaqlı nəsillərdən boy verənlərin hamısı da təkcə kəlbəcərlilərin deyil, bütünlüklə soydaşlarımızın və həmvətənlərimizin hər birinin yaddaşına əbədi həkk olunublar.
Kəlbəcərdə, məncə, hansı ailədən istəsək ürəkdolusu yaza bilərik. Çünki hər birinin özünəməxsusluğu vardı.
…Təəssüf ki, vardı deyirəm. Ona görə ki, o illərdən bizi ayıran dönəmdə bir çox mənəvi sərvətlərimizi itirmişik. Yurd itirmək zülm olsa da, onun geri qaytarılması ümidi adamı mübarizliyə səsləyir. Mənəvi sərvəti, el-obanın “yazılmamış” qayda-qanunları kimi qoruyub saxlanan sərvətlərimiz əldən gedərsə, onları bərpa eləmək, sonrakı nəsillərə çatdırmaq o qədər də asan deyil.
Nə yaman təfərrüata vardım, bağışlayın. Bu gün uzun-uzadı yazılanlar oxunmur, necə ki, yeni nəsil kitab oxumaqdansa mobil telefonla internetdən istədiyi məlumatı ani şəkildə ala bilir, heç yaddaşına yazılmasa da.
Amma zaman-zaman tariximizin qaranlıq qalan səhifələri yazılmadığı üçün maddi-mənəvi sərvətlərimizə yadellilər, xalqımızın və millətimizin qənimləri əlimizdən alamağa çalışıblar. Bəzən buna nail də olublar.
Kəlbəcərin təbii sərvətləri içərisində insanlarının birinci yerdə olması barədə dəfələrlə klassiklərimiz poetik dillə demişlər. Ən çox da yaddaqalanı Dədə Ələsgərin “Kəlbəcərin xeyi-şəri yaxşıdı” misrasıdır. Amma kəlbəcərlilərin fədakarlığı, bütün sahələrdə özünün yetirmələrinə görə Türk dünyasında tanınması da faktdır. Siyasilərimiz də Kəlbəcər və kəlbəcərlilərə böyük dəyər veriblər.
Təsəvvür edin, vaxtilə Avropadan bu yerlərə səyahət edən alman səyyahı Abex deyib: “Kim ki Tərtər çayı boyunca Kəlbəcərə getməyib, İsveçrənin gözəlliyinə ancaq o heyran ola bilər”.

Təbiət gözəli – Cənnətin bir parçası Kəlbəcər

Məgər bundan da tutarlı demək, yazmaq olarmı Kəbəcərin təbiət gözəli olması, Cənnətin bir parçası kimi, bizə hədiyyə edilməsi barədə? Kəlbəcərin və kəlbəcərlilərin haqqında Ulu Öndərimiz Heydər Əliyev də tarixə yazılan fikir söyləyib. Deyib ki, Kəlbəcər bizim, yəni xalqımız üçün əvəzedilməz bir məkandır, diyardır, təbiətin bizə bəxş etdiyi muzeydir. Sərvətləri və insanlarının fədakarlığına görə Kəlbəcər bizim üçün Azərbaycanın qala qapısıdır…
Kəlbəcərdən didərgin salındığımız 28 il ərzində 28 kəlbəcərlidən yox, 28 kitabda 28 min kəlbəcərlidən söz açmışam. Onların əksəriyyəti də Kəlbəcər üçün dəyərli olanlardır. Kəlbəcərlilərin hər biri haqqında yazılmalıdır. Onlar da sərvətlərimizdəndir, həm də tükənən, sona yetən, yerini doldura bilmədiyimiz sərvətlərdir, yaşından və başından, sosial mənşəyindən, siyasi baxış və dünyagörüşündən asılı olmayaraq.
2001-ci ildə “Təfəkkür” nəşriyyatında mərhum jurnalistimiz, qələmi ilə vaxtilə məni heyran qoymuş və ilk redaktorum Zimistan Həsənovla hazırlayıb çapdan buraxdığımız “Kəlbəcər-Azərbaycanın qala qapısı” kitabının 252-ci səhifəsində “Kəlbəcərli həkim-loğmanlar” adlı bölmədə indi marağımı çəkən məqamlar var imiş, heç o vaxtlar bunun fərqinə varmamışdım. Orada deyirdik ki: “Kəlbəcərin, bütün sahələrdə olduğu kimi, səhiyyəsində də inanılmaz dərəcədə irəliləyiş olmuşdur. Kəlbəcərli mütəxəssislərin üzərinə həmişə böyük məsuliyyət düşüb. Ona görə də onlar sanki bu çətin şəraitdə peşələrinin sirlərinə bələd olmağı özlərinə borc bilmişlər.

Niyə feldşerə həkim deyirdilər?

Kəlbəcəri, əslində, şairlər diyarı kimi tanıyır xalqımız. Çünki bu yerlərdə dünyaya göz açanlarımızın əksəriyyəti şairtəblidirlər. Kimi dindirsən, ya klassiklərin şeirlərini deyər sinədən, ya da özü qafiyəli ifadə edər fikrini. Lakin Kəlbəcərin ötən əsrin əllinci illərindən başlayaraq, inkişafından sonra bütün sahələrdə peşəkarları respublikada, hətta, dünyada tanınmağa başladı.
Bir vaxtlar Kəlbəcərə Bakıdan cəmi iki həkim, üç nəfər tibb işçisi göndərilirdisə, bu gün Kəlbəcərin özünün yetirmələri respublikanın və keçmiş İttifaqın hər yeində layiqli yer tutmuşlar. Kəlbəcərli həkim və tibb işçilərinin 1991-93-cü illər ərzində keçdikləri şərəfli yol xüsusi qeyd edilməlidir.
İndi isə Kəlbəcərin səhiyyə sahəsində əməyi olmuş, kəlbəcərlilərimizin yaddaşına yazılmış həkimlərimizin bir qrupu ilə tanış olaq. Əvvəla onu qeyd edək ki, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri respublikada tanınmışlar idi. O zamanlar səhiyyə naziri Əziz Əliyevin müavini işləmiş Cavadov, Vəlixanov, Sultanova, Göycə Əliquliyev, Məhəmməd Hacıyev, Yusif Süleymanov, İslam Hüseynov, Vaqif Kərimov, Ulduz Məcidqızı, Mehparə Kazımova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmişlər.
Hazırda, 28 ildir ki, Gəncənin Gülüstan qəsəbəsində yerləşən və fəaliyyət göstərən rayon mərkəzi xəstəxanasının baş həkimi Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun bacısı Səadət Əliyevadır.
Tarixə nəzər salsaq görərik ki, 1957-ci ildə Kəlbəcər rayon səhiyyə şöbəsi ləğv edilib və əvəzində sanitar-xəstəxana birləşməsinə, nəhayət, Mərkəi Xəstəxanaya çevrilib. Hüseyn Əliyev təkcə kəlbəcərlilərin deyil, respublikanın adlı-sanlı həkimlərindən biri olmuşdur. Kəlbəcərin ən ucqar kəndlərindən olan Bəylikdə dünyaya göz açmış Hüseyn Əliyev “Əməkdar elm xadimi” kimi yüksək elmi adın daşıyıcısı kimi xatırlanır. Moskvada uzun illər çalışmış professorlardan Yusif Əmiraslanov, Sabir Həbibov, baş həkim olmuş İslam və Bakı şəhəri üzrə baş uşaq cərrahı Adil Hüseynov qardaşları, Bəhram Sarıyev, Ramiz Əbdülhəsənov, İsmət Hacıyev, Məhəmməd, Şirin və Rasim Hacıyevlər (bu gün onların nəsil və peşə davamçılarının da adları fəxrlə çəkilir), Malik və Adil Şükürov qardaşları, Fərrux Sarıyev, Zakir Əliyev, Zakir Cəfərov, Əvəz, Vaqif və Rafiq Kərimovlar, Ənvər Əkbərov, Həbib Hacıyev, Əli Müseyib oğlu İsmayılov, İdayə xanım və qardaşı Çingiz Səfərov qardaş-bacıları, Çingiz Cəfərov, Kamal Mustafayev, Ələmdar Cəfərov və nəhayət, heç vaxt unudulmayacaq həkimlərimizin texniki olaraq yaddan çıxan (əslində, kəlbəcərli həkimlərimizin hər birinin adının çəkilməsi deməkdir. Kimlərinsə adı yaddan çıxıbsa, bu, o demək deyil ki, onlar bu sırada adları çəkilməyə, yad olunmağa layiq deyil. Yox, Başlıbeldə dünyaya göz açan və xalqımız tərəfindən sevilən Muradxan həkimin, Mahir Mirzəyevin, Əbülfət Rzayevin (Bərdədə çalışan, əslən başlıbelli uşaq həkimi Yasin müəllimin…) adlarını da bu sırada çəkilməlidir. Haqqında söz açmaq istədiyimiz “Feldşer Hüseyn” adı ilə tanınan Hüseyn Sadıqov (Əhmədov) kimi unudulmağan, xoş məramla xatırlanan, sevilən həkim, tibbi personalımız olub.
Kəlbəcəri, əslində, şairlər diyarı kimi tanıyır xalqımız. Çünki bu yerlərdə dünyaya göz açanlarımızın əksəriyyəti şairtəblidirlər. Kimi dindirsən, ya klassiklərin şeirlərini deyər sinədən, ya da özü qafiyəli ifadə edər fikrini. Lakin Kəlbəcərin ötən əsrin əllinci illərindən başlayaraq, inkişafından sonra bütün sahələrdə peşəkarları respublikada, hətta, dünyada tanınmağa başladı.
Bir vaxtlar Kəlbəcərə Bakıdan cəmi iki həkim, üç nəfər tibb işçisi göndərilirdisə, bu gün Kəlbəcərin özünün yetirmələri respublikanın və keçmiş İttifaqın hər yeində layiqli yer tutmuşlar. Kəlbəcərli həkim və tibb işçilərinin 1991-93-cü illər ərzində keçdikləri şərəfli yol xüsusi qeyd edilməlidir.
İndi isə Kəlbəcərin səhiyyə sahəsində əməyi olmuş, kəlbəcərlilərimizin yaddaşına yazılmış həkimlərimizin bir qrupu ilə tanış olaq. Əvvəla onu qeyd edək ki, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri respublikada tanınmışlar idi. O zamanlar səhiyyə naziri Əziz Əliyevin müavini işləmiş Cavadov, Vəlixanov, Sultanova, Göycə Əliquliyev, Məhəmməd Hacıyev, Yusif Süleymanov, İslam Hüseynov, Vaqif Kərimov, Ulduz Məcidqızı, Mehparə Kazımova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmişlər.
Hazırda, 28 ildir ki, Gəncənin Gülüstan qəsəbəsində yerləşən və fəaliyyət göstərən rayon mərkəzi xəstəxanasının baş həkimi Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun bacısı Səadət Əliyevadır.
Tarixə nəzər salsaq görərik ki, 1957-ci ildə Kəlbəcər rayon səhiyyə şöbəsi ləğv edilib və əvəzində sanitar-xəstəxana birləşməsinə, nəhayət, Mərkəi Xəstəxanaya çevrilib. Hüseyn Əliyev təkcə kəlbəcərlilərin deyil, respublikanın adlı-sanlı həkimlərindən biri olmuşdur. Kəlbəcərin ən ucqar kəndlərindən olan Bəylikdə dünyaya göz açmış Hüseyn Əliyev “Əməkdar elm xadimi” kimi yüksək elmi adın daşıyıcısı kimi xatırlanır. Moskvada uzun illər çalışmış professorlardan Yusif Əmiraslanov, Sabir Həbibov, baş həkim olmuş İslam və Bakı şəhəri üzrə baş uşaq cərrahı Adil Hüseynov qardaşları, Bəhram Sarıyev, Ramiz Əbdülhəsənov, İsmət Hacıyev, Məhəmməd, Şirin və Rasim Hacıyevlər (bu gün onların nəsil və peşə davamçılarının da adları fəxrlə çəkilir), Malik və Adil Şükürov qardaşları, Fərrux Sarıyev, Zakir Əliyev, Zakir Cəfərov, Əvəz, Vaqif və Rafiq Kərimovlar, Ənvər Əkbərov, Həbib Hacıyev, Əli Müseyib oğlu İsmayılov, İdayə xanım və qardaşı Çingiz Səfərov qardaş-bacıları, Çingiz Cəfərov, Kamal Mustafayev, Ələmdar Cəfərov və nəhayət, haqqında söz açmaq istədiyimiz “Feldşer Hüseyn” adı ilə tanınan Hüseyn Sadıqov (Əhmədov) kimi unudulmağan, xoş məramla xatırlanan, sevilən həkim, tibbi personalımız olub.

…xatirəmdə izi və yaddaşımda adları qalanlardan…

Birdən elə bilərsiniz ki, kəlbəcərli həkimlərimizin siyahısını təqdim edirəm, əsla, buna vaxt və imkanımız yoxdur. Söhbət Hüseyn həkimdən, daha doğrusu, el-oba arasında loğman kimi tanınmış “Feldşer Hüseyn”dən gedir. Lakin istərdim ki, xatirəmdə izi və yaddaşımda adları qalan, kəlbəcərlilərimin sağlamlığının keşiyində təmənnasız dayanmış digər həkim, tibb bacıları, bir sözlə, səhiyyə sahəsində çalışanları da unutmadığımızı bildirək. Həsən Babayevin, Muxtar Şirinovun, Əyyub Məmmədovun, Əsgər Muradovun, Vaqif Məmmədovun, Yasin İsmayılovun, Mirzə Qurbanovun, kardioloq Adil Nəcəfovun, Kamil Nəcəfovun, Sabir Əliyevin, İsaq Əmirovun, Məhəmməd Kərimovun, qadın həkimlərimizdən – Xanım həkimin, Fəxrəndə xanımın, Solmaz Hacıyevanın, Zemfira Əliyevanın, Ulduz Məcidqızının, Təranə Aslanqızının, Sayad Hüseynovanın, Solmaz Hüseynqızının, Qəmər Həsənqızının, Xədicə Sarıyevanın, Solmaz, Səadət, Gülnaz Səfərova bacılarının, Əntiqə Hacıyevanın, Leyla Cahangirovanın, İdayə Səfərovanın, Şəfəq həkimin, apteklərdə əhalinin tibbi xidmətində dayananlardan Hacıbaba Cəfərovun, Nəcəf, Vaqif və Adil Hacıyevlərin adı kəlbəcərlilərin yaddaşından silinməyəcək.
Kəlbəcərlilərin xəstəxanada müalicə aldığı günlərdə onlara tibb bacılarının göstərdiyi xidmət də, əlbəttə, unudulmazdır. Belələrinə Minə xanımın, Yasəmən Musaqızının (sonradan Birinci Qarabağ döyüşlərində hərbi tibbi xidmətdə, ön cəbhədə olmuşdur), Mələk bacının, Füruzə xanım Qurbanovanın, Füruzə Bəylərqızının, Tamella Bəylərqızının, Tamara Səmədovanın, Qərənfil və Solmaz Hacıyeva bacılarının, Validə Nəcəfovanın, Nazilə Muradovanın, cərrahiyyə şöbəsinin tibb bacılarından Şəfiqə Bəylərovanın, Şövkət Bəhram qızının, Validə Şirinovanın, Məxmər Kərəm qızının, Sona İsmayılqızının, Rəfiqə xanımın, Sona və Reyhan Əmirxan qızı bacılarının, Reyhanın və Leyla Cəfərovanın, mərhum tibb bacısı Sevil İsgəndər qızı Muxtarovanın… adlarını göstərməyə bilərikmi?
Budur, haqqında yazmaq üçün illərdir ki, ürəyimdə söz topladığım “Feldşer Hüseyn”in ömür və xidmət yollarında yaddşımda ilişib qalanlar. Baxın, necə bir xeyirxah insan olub ki, ondan söz açanda Kəlbəcərin tibbi xidmət işlərinin də bəzilərinin adlarını xatırladıq, Dünyasını dəyişənlərimizə Allahdan rəhmət diləyirik, qalanlarına cansağlığı ilə doğma yurda dönmək arzulayırıq.
Hüseyn İbrahim oğlu sadıqov 1940-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdu. Ailədə 6 nəfər olublar. Atası brahim Sadıqov1941-ci ildə müharibəyə getmiş, lakin geri qayıtmamışdır.
Hüseyn həkimin anasi İbrahimova Həvva Məhəmmədəli qızı isə 1993-cü ildə Kəlbəcər Ermənistan tərəfindən işğal olunan zaman vertalyot qəzasında həlak olmuşdur. Qardaşı Süleyman Kəlbəcərin işğalı günlərində rayondan çıxsa da, bu günədək də haqqında heç bir məlumat yoxdur.
Bacisi Narın riyaziyyat müəlliməsi olmuş, Əmiraslan müəllimlə ailə həyatı qurmuşdur. Qardaşı Sadıq isə hələ orta məktəbin 4-cü sinfində oxuyanda dünyasını dəyişmişdir.

Babalıq taxt-tacının şirinliyini yaşamağa ömrü yetməyən həkim

Övladları üçün əvəzolunmaz ata, onu tanıyanların sevimlisi olmuş Hüseyn Sadıqovun balaları da Kəlbəcərin işğalından sonra doğma yurdu və müqəddəs onun məzarını tərk etməyə məcbur oldular. Övladlarının hər biri ailəlidir, Bakıda yasayırlar, müvəqqəti olsa da. Kəlbəcərin azad edilməsi, bütün kəlbəcərlilər kimi, bu ailənin də balarının sevincinə şəksiz ki, səbəb olub. Axı, 28 ildir ziyarət edə bilmədikləri ata məzarının üstünə getmələri üçün yollar açıldı.
Babalıq taxt-tacının şirinliyini yaşamağa ömrü yetməyən Hüseyn Sadıqğvun qızı İradə xanım yazır: “Yoldaşım Cəbrayıllov Adil Hüseyn oğlu ilə 1991-ci ildə ailə qurmuşam. Memarlıq və İnşaat Universitetini bitirib. 3 övladımız var. Böyük qızım İdman Akademiyasını bitirib, evlidir, iki övladı var, müəllimə işləyir. İkinci qızım mühasibdir, həm də hazırda öz ixtisası üzrə magistr təhsili alır. Oğlum Turizm və Menecment Universitetinin 3-cu kurs tələbəsidir…”
Vəssalam, bundan başqa nə yazsın ki? Əlbəttə, adam öz doğmaları haqqında ürəyindən keçənləri ifadə edə bilmir. Qınamıram. Hələ İradə xanım yaxşıdır. Elə tanınmışların övladları ilə həmsöhbət olmuşam ki, iki kəlmə danışa bilməyib. Amma kəlbəcərlilərin hər birinin evində, ailəsində adı çəkilmiş, əllərinin səfasından sağlamlığını bərpa eləmişlər həkimin şəxsiyyət kimi də özünü təsdiq eləməsi haqqında saatlarla danışa, fikir söyləyə bilirlər.
Heç kim inanmırdı ki, Hüseyn həkim ali təhsil almayıb. Kimsəni buna inandırmaq olardı? Amma, əslində, belə idi. Orta məktəbi bitirib ali təhsil almaq haqqında düşünsə də, ilk şansını əldən verməmək üçün Tibb Texnikumuna sənəd verib qəbul olmuşdu. Orada laborant-feldşer ixtisasına yiyələnən Hüseyn Sadıqov uzun müddət Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında çalışmışdır.
Nə az, nə də çox, düz 27 il həmin xəstəxananın aptek müdiri, dünyasını dəyişənədək isə orada baş tibb qardaşı kimi işləmişdir. 1964-cu ildə Əşrəfova Şəfiqə Nəriman qızı ilə ailə həyatı quran “Feldşer Hüseyn”in bu evlilikdən 4 övladı dünyaya gəlib. Atalarının arzu və özlərinin də istəkləri ilə qızları İradə xanımla bacısı Kəmalə Azərbaycan Tibb Universitetini, oğlanları Mübarizlə Elşad Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin məzunlarıdırlar.
Hüseyn Sadıqovun əcəlinə baxın: “elektrik dirəyi”! Elektrik dirəyi üstünə aşması ilə həyatının, ömrünün sonuna nöqtə qoyulub. Həmin qara tarix nəinki Hüseyn həkimin ailəsinin, balalarının, onun əllərinin şəfasından sağalıb, sağlam ömür sürənlərin yaddaşına yazılıb: 09 dekabr 1991-ci il!
Bundan o yana “Feldşer Hüseyn” kimi, hətta, qapısını, evini, həyətini tanıdığımız, kəlbəcərlilərin böyükdən-kiçiyə hörmət bəslədiyi, texnukum təhsilli olmasına inanmadığı Hüseyn həkimin balalarının başına nələr gəlməsi də çoxlarımızın yadına düşmədi. Nə yaxşı ki, ata-analarımızın etibarlı balaları varmış. Mən hər tanınmış simanın yurdunda, ocağında qalanlara bu fikri şamil etmərəm, çünki bir çoxları bu sınaqdan qınaqla da çıxa bilməyiblər. Ata-babaları haqında mənə iki kəlmə məlumat yazmağa “vaxtları olmayan” övladlara da rast gəldim. Məşhur KİŞİnin övladları isə atalarının yeganə yadigar qalan şəklini də məndən geri almadılar.
…Amma, elə övladlar da oldu ki, Hüseyn həkimin balaları kimi, atalarının adının “unudulması” onları incitdi, üzüldülər, biz qələm adamlarından bircə məqalə umdular, həm də haqlı olaraq.
Bu məqaləmdə Hüseyn həkimin balalarına təşəkkür etməyim də azdır. Onların Kəlbəcərin Ardışdı adlanan güneydəki məhlələrini ziyarət etməyi onlara və mənə qismət olmasını Yaradandan dilək diləyirəm. O müqəddəs məkan, sözün əsl mənasında cənnət imiş, qədrini bilməmişik, nə danım…
Bu yazıda, əziz oxucum, fikir verdinizmi, yalnız bir Hüseyn Sadıqovun kəlbəcərlilərin xidmətində dayanmasından yox, eyni zamanda rayon mərkəzi xəstəxanasında, hətta, qapıda dayanıb, xəstə sahiblərini içəri-çölə buraxan Yetər xala ilə Yaxşı nənənin də adlarını unutmadıq. Yerləri behişt olsun, hər biri bir ipək nənəydi, ana-bacıydı, kimlərəsə ana, kimlərəsə xala-bibiydilər, lakin hər birimizin sevimlisiydilər, bütün hərəkətləri, geyim-kecimləri, oturuş-duruşları, ən əsası da onlara tapşırılan işə məsuliyyətləri və təmənnasızlıqları ilə.
Bu idi kəlbəcərlilərimizin sərvət olmaları. Bu idi Kəlbəcərin dünəni, dünənində qalanlar…

Sinəmi oymaqdan keçir Kəlbəcərə gedən yollar…

Sağlıq olsun. Kəlbəcərimizə dönmək, qayıtmaq, o müqədəs torpağımıza qovuşmağı Yaradan bizə qismət eləsin, amin, həm də tezliklə… Çünki yaşlı nəsil, Kəlbəcərin həsrətini 28 ildir ki, çəkib, hər əzaba, təhqiredici sifətlərə, sözlərə dözmək olsa da, yurdsuzluğa tablaşmaq asan deyil.
Sonda isə üzümü dağlara tuturam. Vaxtilə Bakıda yaşayıb, ayda-ildə istədiyi vaxt Kəlbəcərini ziyarət edən Ənvər Rzamız yazırdı:

Yazda əriş-arğac olur
Kəlbəcərə gedən yollar.
Yayda örüş-arxac olur
Kəlbəcərə gedən yollar.

Bu şeir məni də dönə-dönə imtahana çəkdi, kəlbəcərsizlik illərimizdə yazdım ki:

Yenə könlüm atdanıbdı,
Kəlbəcərə gedən yollar.
Od alıbdı, oddanıbdı,
Kəlbəcərə gedən yollar.

Duman-çiskinə bürünür,
Gözlərimə tor görünür.
Mənim kimi hey sürünür
Kəbcərə gedən yollar…

Dərə-təpə, eniş-yoxuş,
Düşməninə nizə, oxmuş!
Elə bil ki, heç yoxumuş
Kəlbəcərə gedən yollar…

Bax beləcə oddan keçir,
Obadan, oymaqdan keçir,
Sinəmi oymaqdan keçir
Kəlbəcərə gedən yollar…

Basıb duman, görmür gözüm,
Hey qaradı yanda üzüm.
Hələ deyir yenə dözüm,
Kəlbəcərə gedən yollar?!

Məhəmməd Nərimanoğlu

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir