Rusiyalı milyarderlər kütləvi şəkildə Dubayda ev almağa başlayıblar

Dünya

Son vaxtlar yeni anti-Rusiya sanksiyaları fonunda Dubayda ev almaq istəyən rusiyalı milyarderlərin sayı kütləvi şəkildə artıb.

Bu barədə “Forbes” həmin zənginlərin nümayəndələrinə evləri göstərən yerli brokerlərə istinadən xəbər verir.

“Biz oliqarxların Dubayda təkcə mülk almağa deyil, həm də yaşamağa marağını görürük”, – deyə adının çəkilməsini istəməyən agent nəşrə bildirib.

Həmçinin bildirilir ki, sanksiyalarla yerindən-yurdundan didərgin düşən və Qərbdə xoş qarşılanmayan milyarderləri BƏƏ-də çevik viza proqramı və Ukrayna ilə bağlı məsələlərdə vəd edilmiş neytrallıq cəlb edir.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir