Rusiyalı hərbçilər Melitopol sakinləri üçün bütün humanitar yükləri yağmalıdılar

Dünya

Rusiyalı hərbçilər hazırda nəzarətləri altında olan Melitopol üçün humanitar yardım daşıyan avtobus və yük maşınlarını oğurlayıblar.

Bu barədə şəhərin meri İvan Fyodorov xəbər verib.

Merin sözlərinə görə, əsgərlər humanitar karvanı Melitopola buraxmayıb və silah hədəsi altında nəqliyyatla birlikdə özlərinə götürüblər.

“Bu o deməkdir ki, melitopollular və bölgə sakinləri nəinki ağır xəstələr üçün dərmanlar və şəhərdə artıq tapılmayan ərzaq, gigiyena məhsulları kimi həyati vacib yardım almayacaqlar, həm də Melitopoldan çıxa bilməyəcəklər”, – deyə o, “Facebook”da yazır.

Fyodorov qeyd edib ki, bu fakt Rusiya hərbçilərinin Ukraynada beynəlxalq müqavilələrin normalarını, eləcə də mövcud insanlıq normalarını pozması ilə bağlı növbəti haldır.

“Cenevrə Konvensiyalarına əsasən, humanitar dəhlizlərin təminatçısı Beynəlxalq Qızıl Xaç Komitəsidir. Bu təşkilat hər iki tərəfdən humanitar dəhliz yaratmaq niyyətləri barədə yazılı təminat qəbul edib. Rusiya təmin edib. Kağız üzərində. Lakin gördüyümüz kimi, vədlərini yerinə yetirməyiblər”, – deyə məlumatda bildirilir.

Mənbə: RBK-Ukrayna

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir