Rusiyada helikopter qəzası: Ölən var

Dünya

Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, Kubanda kənd təsərrüfatı torpaqlarını emal edən helikopter qəzaya uğrayıb.

Mi-2 helikopterinin düşməsi nəticəsində bir nəfər ölüb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası işləyir. “Vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin nəzarəti altındadır”, – idarənin mətbuat xidməti bildirib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir