Rusiya Prezidenti ilə görüşən Avstriya kansleri: “Söhbətimiz açıq və sərt keçdi”

Dünya

Avstriya kansleri Karl Nehamme Rusiya Prezidenti Vladimir Putinlə danışıqların açıq və sərt keçdiyini bildirib.

“Bu, dostluq səfəri deyildi. Mən Ukraynadan təzə gəlmişəm və ölçüyəgəlməz əzabları öz gözlərimlə gördüm”, – deyə Karl Nehammer vurğulayıb.

K. Nehammer bildirib ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və Ukraynada insanlar öldüyü müddətcə daha da sərtləşdiriləcək.

Onun sözlərinə görə, Avropa İttifaqı bu məsələdə həmişəkindən daha çox həmrəydir.

Mənbə: Fontanka.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir