“Real Madrid” yubiley, Ançelotti tarixi çempionluq əldə edib

İdman

Real Madrid” komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub.

“Kral klubu” yubuley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. XXXIV turda “Espanyol”u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

“Santyaqo Bernabeu” stadionunda keçirilmiş matçda qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim Benzema vurub.

Bununla xallarını 81-ə çatdıran “Real Madrid” ən yaxın izləyicisi “Sevilya”nı 17, potensial izləyicisi “Barselona”nı 18 xal geridə qoyub.

“Kral klubu”na rəhbərlik edən Karlo Ançelotti isə “Böyük beşlik” ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi olub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir