Qırğızıstanın xarici işlər naziri istefa verdi

Dünya

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.

Ölkə prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib.

Xarici işlər nazirinin vəzifəsini tərk etməsinin səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Kazakbayev iki dəfə (2010-2012 və 2020-2022-ci illərdə) Qırğızıstanın xarici işlər naziri vəzifəsində çalışıb.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir