“Qarabağ” “Şamaxı”ya rəhm etmədi: Baş məşqçi ağır məğlubiyyətə dözməyib istefa verdi – VİDEO

İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Çempionatın lideri “Qarabağ” “Şamaxı”nı qəbul edib. “Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.

Bu qələbədən sonra xallarını 55-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. 20 xalı olan “Şamaxı” isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, “Şamaxı” klubunun baş məşqçisi Sənan Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb. 

O bildirib ki, acı məğlubiyyətdən sonra rəhbərliklə danışıb: “Gələcək oyunlarda komandaya uğurlar arzu edirəm. Burada kubok qazandım, yaxşı günlərimiz oldu. Amma bu cür məğlubiyyətin ardından qalmaq mümkün deyil”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir