“Qaçqınkom” rəsmisindən Ağdaban səfəri ilə bağlı AÇIQLAMA

Cəmiyyət

“Bu gün 30 ildən sonra ilk dəfə doğma yurdumuza – Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər etmişik. 30 il öncə aprelin 8-də ermənilər burada qətliam törətmişdilər. Onlarla dinc sakini barbarlıqla qətlə yetiriblər. On yeddi nəfəri diri-diri yandırıblar”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu kənddən 1 971 məcburi köçkün var:

“Onlar ölkənin müxtəlif yerlərində məskunlaşıblar. Bu gün onların bir qrupunun kəndə səfərini təşkil etdik. Gördük ki, ermənilər qəbirləri necə dağıdıblar. Bu kənd Azərbaycana dahi şəxsiyyətlər yetişdirib. Bu günü yaşadığımız üçün Prezident İlham Əliyevə təşəkkür edirik. Onun və ordumuzun sayəsində buralara gəlmişik. Bu cür səfərlər bir neçə dəfə gerçəkləşdirilib və davam edəcək”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir