Pekində koronavirus yayılıb

Dünya

Çinin paytaxtı Pekində son 24 saat ərzində aşkar edilən yerli mənbəli 22 yeni koronavirus faktı mümkün qapanma tədbirlərilə bağlı narahatlıqları artırıb.

Şəhərdə xəstəliyin bir həftə ərzində aşkar edilmədən yayıldığı məlum olub.

Bu barədə Pekin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.

Hazırda 21 milyondan çox əhalisi olan şəhərdə Şanxaydakı kimi sərt karantin tədbirlərinin tətbiqi müzakirə edilir.

Mənbə: TRT

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir