Partlayış baş vermiş gecə klubunun “Instagram” hesabındakı paylaşımlar silinib – FOTO

Cəmiyyət

Bakının mərkəzində yerləşən və baş vermiş partlayışla gündəmə gələn “Location” gecə klubunun sosial media hesabında qəfil dəyişiklik olub.

Belə ki, klubun “Instagram” hesabının hekayə (story) bölümü və paylaşımlar qısa vaxt ərzində silinib.

Bu silinmənin hansı səbəbdən baş verməsi səhifə izləyiciləri üçün qaranlıq qalıb.

Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib. 24 nəfər yaralanıb, 1 nəfər isə ölüb. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir