Nobel mükafatı almış tanınmış rusiyalı jurnalist Dmitri Muratov Moskva-Samara qatarında hücuma məruz qalıb.
Naməlum şəxs jurnalistin üzərinə və onun oturduğu kupeyə qırmızı yağlı boya atıb.
Hadisəni törədən şəxs daha sonra “Muratov, bu, bizim oğlanlar üçündür” şüarını səsləndirərək Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlara qarşı çıxış edən Dmitri Muratova mesaj ötürüb.
Qeyd edək ki, D.Muratov müharibə başlayan ilk gündən Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini açıq çəkildə tənqid edir.
Bununla əlaqədar olaraq hazırda onun rəhbərlik etdiyi “Novaya qazeta” nəşrinin fəaliyyəti dayandırılıb.
Mənbə: Dmitri Muratovun şəxsi “Facebook” səhifəsi
www.102info.az
