Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarında həftənin oyunçusu seçilib.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında məlumat verilib.
Xatırladaq ki, “Real” (Madrid) çərşənbə axşamı Madriddə “Çelsi”ni qəbul edib.
Görüşdə qonaqlar 3:2 hesabı ilə qalib gəlsə də, madridlilər ümumi top hesabında rəqibini qabaqlayıb.
Hesab 0:3 “Çelsi”nin xeyrinə olarkən Modriç ayağının kənarı ilə verdiyi dəqiq ötürmə ilə diqqət mərkəzinə düşüb.
Mənbə: Sportbox
www.102info.az
