Mirhəsən Seyidov şəhid və qazilər üçün iftar süfrəsi təşkil edib

Bölgə

Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.

Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək iftar süfrəsində iştirak edənləri salamlayıb və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanda və Neftçala rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini diqqətə çatdırıb.

www.102info.az

Spread the love
Discover ways to create a tranquil and serene bedroom environment at serene bedrooms .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir