Millimiz Polşada bir qızıl və bir gümüş medal qazandı

İdman

Poznanda keçirilən Avropa Kubokunun ilk yarış günü gənclərdən ibarət milli yığmamız üçün uğurla başa çatdı.

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, 23 aprel 2022-ci il tarixində Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə milli yığma komandamız 1 qızıl və 1 gümüş medal qazandı.

63 kiloqram çəki dərəcəsində yarışan idmançımız Aytac Qardaşxanlı final görüşündə polşalı rəqibi Aqata Palkaya qalib gələrək qızıl medal əldə edib.

73 kiloqram çəkidə yarışan cüdoçumuz Qədir Hüseynov ukraynalı rəqibi Vladislav Kazimirova qalib gələrək bürünc medal qazanıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir