Millət vəkili Səbinə Xasayeva vətəndaşları qəbul etdi

Cəmiyyət

Bugün Qaradağ rayonu Korgöz bələdiyyəsinin inzibatı binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etdik, onların problemlərini dinlədik.Qəbula gələnlər qəsəbədə yeni körpələr evi-uşaq bağcasının tikintisinin,avtobus dayanacağının quraşdırılmasının, qəsəbəyə fasiləsiz su verilməsinin təmin edilməsinin, fərdi evlərin sənədləşdirilməsinin,mövcud küçə adlarının Ünvan Reyestri İnformasiya sisteminin və ünvan lövhələrinin hazırlanmasına köməklik göstərilməsinin,məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasının, 197 nömrəli tam orta məktəbin yolunun asfaltlaşdırılmasının, qaz təchizatında qayda-qanunlara ciddi əməl edilməsinin, qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasının və yeni yaşayış massivində kanalizasiya xətlərinin ana xəttə birləşdirilməsinin,əhali arasında hüquq təbliğatının gücləndirilməsinin, aztəminatlı ailələrin məşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsinin, yeni iş yerlərinin yaradılmasının,işsizliyə görə sosial təminatın təyin edilməsinin və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etdilər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri tərəfimdən nəzarətə götürüldü. Qəbulda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon icra hakimiyyəti başçisinin Korgöz qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Daşdiyev və Qaradağ rayon Korgöz bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyev iştirak etdilər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir