Mikayıl Cabbarov Vilyam Tompsonla görüşdü – FOTO

İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT, OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Bu barədə nazir şəxsi “Facebook” səhifəsində qeyd edib:

“İƏİT-in (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşdə təşkilatla ölkəmiz arasında uğurlu əməkdaşlığın perspektivlərini və birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndirdik, dayanıqlı iqtisadiyyata töhfə verən islahatlar barədə müzakirə apardıq”.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir