Medvedçuk Putinə müraciət ünvanladı: “Məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişin” – VİDEO

Dünya

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edən Viktor Medvedçuk özünün Ukraynanın Mariupol şəhərinin müdafiəçiləri və sakinləri ilə dəyişdirməyi xahiş edib.

Qeyd edək ki, Rusiya ilə sıx əlaqələri olan Viktor Medvedçukun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putindir.

Məlumata görə, Rusiyanın Kiyevi işğal edəcəyi təqdirdə V.Medvedçuk oradakı gələcək marionet hakimiyyətin başçısı olaraq görülürdü.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir