Maradonanın əllə qol vurduğu zaman geyindiyi idman köynəyi hərraca çıxarılacaq

İdman

Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərə – Argentina matçında məşhur “Tanrının əli” və “Əsrin qolu” adlı iki zərbəni vurduğu zaman geyindiyi idman köynəyi aprelin 20-də hərraca çıxarılacaq.

“Sotheby’s” hərrac evi Maradonanın məşhur formasının satış qiymətinin 4-6 milyon funt sterlinq arasında olacağını gözləyir.

Qeyd edək ki, İngiltərə və Argentina 1986-cı il Dünya Çempionatının 1/4 finalında üz-üzə gəlib. 22 iyunda baş tutan oyunda 25 yaşlı Maradona 2 qol vurmaqla matçın taleyini həll edib (2:1).

Mənbə: “Haber Global”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir