Dieqo Maradonanın forması “Sotheby’s” hərrac evi tərəfindən hərraca çıxarılıb.
Sözügedən formanı futbolçu 1986-cı il dünya çempionatında İngiltərə millisinə qarşı əllə qol vurduğu oyunda geyinib. Formanın dəyəri 5,2 milyon dollar olaraq qiymətləndirilir.
Hərraclar 20 aprel-4 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, Dieqo Maradonanın futbol tarixinə “Tanrının əli” kimi düşən qolunu vurduğu görüşün sonunda futbolçu formasını İngiltərə millisinin oyunçusu Stiv Hocla dəyişib. Sözügedən forma son 35 ildə məhz S.Hoca məxsus olub.
Mənbə: The Guardian
www.102info.az
