“Mançester Siti” yenidən liderliyi “Liverpul”dan təhvil aldı – VİDEO

İdman

İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Siti” səfərdə “Lids”ə 0-4 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın 13-cü dəqiqəsində Rodri hesabı açıb. İlk hissə bu hesabla başa çatıb. Oyunun 54-cü dəqiqəsində N.Ake fərqi iki topa qaldırıb. 78-ci dəqiqədə Q.Jesus hesab arasındakı fərqi üç, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş üçüncü dəqiqədə fərqlənən Fernandinyo isə dörd topa çatdırıb – 4:0

Bununla xallarının sayını 83-ə çatdıran “Mançester Siti” yenidən bir neçə saatlıq təhvil verdiyi ilk pillədəki yerini “Liverpul”dan təhvil alıb.

Qeyd edək ki, ikinci pillədə qərarlaşan “Liverpul” 82 xala sahibdir. Bu gün keçirilmiş qarşılaşmada “Liverpul” səfərdə “Nyukasl”a 0-1 hesabı ilə qalib gəlmişdi.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir