Mərdəkanda naməlum kişi meyiti tapılıb – FOTO

Kriminal

Xəzər rayonu Mərdəkan qəsəbəsində 55-60 yaşlarında boyu 170 santimetr olan naməlum kişi meyiti tapılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ilkin ehtimala görə mərhum tüfeyli həyat tərzi keçirən şəxs olub. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu şəxsi tanıyanlardan, barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə, həmçinin, Nazirliyin “102” Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir