Lvov raket atəşinə tutuldu: Ölənlər var – VİDEO

Dünya

Rusiya silahlı qüvvələri Ukraynanın qərbində yerləşən Lvov şəhərinə dörd raket atıb.

Məlumatı Lvov vilayəti üzrə hərbi administrasiyanın başçısı Maksim Koziktski və Lvov şəhərinin meri Andrey Sadovı təsdiq edib.

Qeyd olunub ki, raket zərbələri nəticəsində altı dinc sakin ölüb, biri uşaq olmaqla səkkiz nəfər isə yaralanıb.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir