Laçında işləyərkən minaya düşən fəhlə öldü

Cəmiyyət

Laçında minaya düşən şəxs vəfat edib.

Oxu.Az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib. 

İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.

Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat verilib.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir