İstanbul derbisinin qalibi “Fənərbağça” oldu – VİDEO

İdman

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

XXXII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Matç “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir