İsmayıllı RİH-nin başçısı vətəndaşları qəbul edib.

Bölgə

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib

Rayon sakinləri fərdi qaydada qəbul edilib, onları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Hər bir vətəndaşın müraciətinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir