İran polisindən etirazçı müəllimə sərt müdaxilə – VİDEO

Dünya

İranın Yasuc şəhərində hüquq mühafizə orqanının əməkdaşları universitet binası önündə həmin təhsil müəssisəsinin müəllimi, fizika elmləri doktoru Əlihəsən Bəhaminpeylini döyə-döyə həbs etməyə çalışıblar.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, müəllimin müqaviməti və ətrafdakıların köməyi sayəsində onlar buna müvəffəq olmayıblar.

Nəticədə hüquq mühafizəçilər müəllimi əli qandallı qoyaraq ərazidən uzaqlaşıblar.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Kadrlarda müəllimin ciddi xəsarətlər aldığı görünür.

“Cənab Xamenei, budur Müəllim Günündə sənin bizlərə hədiyyən!”, – deyə qəzəbli müəllim əlindəki qandalı göstərərək İranın ali rəhbərinə səslənir.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir