İngiltərə Federasiya Kuboku: “Liverpul” “Mançester Siti”ni üç qolla keçdi – VİDEO

İdman

İngiltərə Federasiya Kubokunun yarımfinal qarşılaşması baş tutub.

“Uembli”də mükafata iddialı “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib.

Hazırda ölkə çempionatının ilk pillələrində qərarlaşan klublar arasındakı mübarizə mersisaydlıların üstünlüyü ilə başa çatıb: 3:2.

Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinal matçında “Çelsi” “Kristal Pelas”la qarşılaşacaq. Turnirin qalibinin adına isə mayın 14-də təşkil ediləcək həlledici oyundan sonra aydınlıq gələcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir