Həkim yaz soyuğunun köməyilə arıqlamağın sirrini açıb

Dünya

Moskva Dövlət Universitetinin Tibbi Elmi-Tədqiqat Mərkəzinin rusiyalı endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova yaz soyuğunun köməyilə arıqlamağın sirrini açıqlayıb. Həkim yaz soyuqları zamanı orqanizmin piy toxumasından necə xilas olduğunu izah edib.

Mütəxəssisin sözlərinə görə, sıfır dərəcəyə yaxın temperatur arıqlamağa kömək edir, çünki insan orqanizmi istilik yaratmaq üçün öz resurslarından istifadə etməyə başlayır.

“Bizə bir az soyuq olduqda bu, yağ toxumasının düzgün paylanmasını stimullaşdırır. Bu yolla da bədənimiz zərərli yağlardan tez bir zamanda xilas olaraq ancaq faydalı yağları saxlayır”, – deyə Pavlova şərh edib.

Mütəxəssis onu da əlavə edib ki, yaz aylarında hava şəraitinin qeyri-sabit olduğu vaxtlarda qış və yay paltarları arasında tarazlıq saxlanılmasına çalışılmalıdır ki, bədən həm çox istilənməsin, həm də soyumasın.

Bundan əlavə, həkim bildirib ki, çəki itirməyə təkcə soyuq havada çöldə olmaq səbəb olmur, həmçinin hovuzda üzmək də arıqlamaq üçün faydalıdır. “İnsanın yağ toxumasına temperaturun böyük təsiri var. Suya daldığınız zaman bədəninizin bir az soyuması halı baş verir”, – deyə elmlər namizədi əlavə edib.

Mənbə: Sputnik radiosu

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir