Gürcüstanda prezidenti məhkəməyə vermək mümkün olacaq

Dünya

Gürcüstanda artıq ölkə prezidentini məhkəməyə vermək mümkün olacaq.

Belə ki, ölkə parlamenti “Konstitusiya məhkəməsi haqqında” qanunda bununla bağlı düzəlişləri sonuncu, yekun oxunuşda qəbul edib.

Qanun layihəsini 83 deputat dəstəkləyib, altı deputat əleyhinə çıxıb.

Dəyişikliklərə əsasən, Gürcüstanın ən yüksək instansiya məhkəməsində prezidentin, baş prokurorun və ya hökumətin fəaliyyəti və ya fəaliyyətsizliyindən, yaxud qərarlarından şikayət vermək mümkün olub.

Mənbə: Sputnik

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir