Gəncədə vətəndaşlarla səyyar görüş keçirilib

Bölgə


Gəncədə yeni inşa olunan M.Hadi adına 10 nömrəli tam orta məktəbdə vətəndaşlarla növbəti səyyar görüş gerçəkləşib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkili Müşfiq Cəfərov, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, müasir standartlara cavab verən M.Hadi adına 10 nömrəli tam orta məktəb bu il şagird və müəllim kollektivinin ixtiyarına verilib. Şəhər rəhbəri bunun Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə və cəmiyyətimizə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb. Məktəbin kollektivi öz növbəsində təhsil müəssisəsinndə yaradılan şəraitə görə ölkə rəhbrəliyinə təşəkkürlərini bidiriblər.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Görüş “açıq mikrofon” şəraitində keçirilib. Vətəndaşlar küçə işıqlandırılması və asfalt örtüyünün yenilənməsi,işlə təminat, müalicə, mənzil növbəliyi kimi məsələləri dilə gətiriblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlərdən şəhər İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, Niyazi Bayramov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarətə götürülüb.

Qeyd edək ki, bu kimi görüşlər mütəmadi olaraq keçirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir