Fransa prezidentliyi uğrunda seçkinin ikinci turu başlayıb. Səsvermə Fransanın Amerika qitəsindəki xarici departamentlərində və diplomatik nümayəndəliklərində start götürüb.
Hökumətin yanvar fərmanına uyğun olaraq ilk məntəqələr Nyufaundlend (Kanada) yaxınlığındakı Sen-Pyer və Mikelon icmasında açılıb.
Yaxın saatlarda onlara Qvadelupa, Martinika, Fransa Qvianası və Fransız Polineziyasının sakinləri, həmçinin Fransanın Şimali və Cənubi Amerika ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşları qoşulacaqlar.
Səsvermənin ölkənin Avropa hissəsinə nisbətən daha tez başlaması saat qurşaqlarının fərqi ilə əlaqədardır.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkisinin birinci turu başa çatıb. Nəticədə Makron seçicilərin 27,84%, “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 23,15%-nin dəstəyini qazanıb.
Seçkinin ikinci turu aprelin 24-nə təyin edilib.
Mənbə: RT
www.102info.az
