Fransa altı rusiyalı diplomatı “persona non-qrata” elan etdi

Dünya

Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona altı rusiyalı diplomatın arzuolunmaz şəxs (“persona non-qrata”) elan edildiyi bildirilib.

Bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir