Azərbaycan öz qətiyyətli addımları və aydın siyasi mövqeyi ilə 44 günlük müharibədə bütün erməni ictimaiyyətinə Qarabağın onun ayrılmaz tərkib hissəsi olduğunu göstərib.
Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti təhlildə qeyd olunub.
Layihə müəllifləri müharibə dövründə hərbi əməliyyatlardan yayınmaq üçün əlindən gələni etmiş şəxslərin bu gün İrəvan küçələrindəki növbəti “Miatsum” tamaşasından bəhs edib. Həmçinin erməni müxalifətinin fəallığının arxasında dayanan əsas səbəblərdən birinin Brüssel görüşü zamanı Ermənistan hökumətinin ötürdüyü pozitiv siqnallar olduğuna diqqət çəkilib.
www.102info.az
