Ermənilərin Kəlbəcərdə törətdikləri dəhşətli qırğın: 67 nəfər öldürülüb, 17 nəfər diri-diri yandırılıb

Cəmiyyət

Aprelin 8-də Ermənistanın Kəlbəcərin Ağdaban kəndində törətdiyi qırğının 30 ili tamam olur.

Oxu.Az xatırladır ki, Ağdaban faciəsi Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini təmin etmək məqsədilə törədilib.

Bu faciə Birinci Qarabağ müharibəsində Ermənistanın mülki insanlara qarşı qəddarlıqlarından birini təşkil edib. Erməni silahlıları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə 130 evdən ibarət olan Ağdabana girərək kəndi yandırıblar.

Ermənilər 779 nəfərə işgəncələr verib, 67 nəfər qətlə yetiriblər. Səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

Ağdabandakı qətliam Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədi daşıyırdı.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev olub.

Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir