Dortmund “Borussiya”sı evində darmadağın olaraq “Bayern”dən 9 xal geriyə düşdü – VİDEO

İdman

Almaniya Bundesliqasının 28-ci turunda Dortmund “Borussiya”sı evində “Leypziq”i qəbul edib.

Qarşılaşmaya fəal başlayan qonaqlar 21-ci dəqiqədə K.Laymerin qolu ilə hesabı açıb. 30-cu dəqiqədə futbolçu özünün və komandasının ikinci qolunu vurub.

İkinci hissədə hücumlarının kəsərini bir qədər də artdıran “Leypziq” 58-ci dəqiqədə Nkunkunun qolu ilə fərqi üç topa yüksəldib.

Meydan sahibləri 84-cü dəqiqədə D.Malenin qolu ilə hesabı 1-3-ə çatdırsa da, oyunda son nöqtəni də qonaqlar qoyub. D.Olma 86-cı dəqiqədə qonaqların dördüncü topunu “Borussiya”nın qapısından keçirib.

Qeyd edək ki, 28 turdan sonra aktivində 57 xal olan “Borussiya” turnir cədvəlində ikinci, 48 xalı olan Leypziq” isə dördüncü pillədə qərarlaşıb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir