Dəhşətli QƏZA: Maşın körpüdən aşdı, yaralıların vəziyyəti ağırdır – FOTO

Cəmiyyət

Şabran rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də qeydə alınıb.

Belə ki, “Mitsubishi Pajero” markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov Xaçmazda özəl xəstəxanaların birində cərrah-həkim işləyir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir