Amerikalı kino ulduzu, pop-estrada müğənnisi Cennifer Lopes və aktyor Ben Afflek nişanlanıblar.
İfaçı şəxsi portalı “On the JLo”da xəbəri təsdiqləyib və bu münasibətlə nişanlısının təqdim etdiyi zümrüd qaşlı üzüyünü yaxından nümayiş etdirib.
OMG! I finally got the #onthejlo email! I am so FREAKING HAPPY for you @JLo !! So happy for Ben, you and your families! True LOVE & real LOVE does exist and you both found it in each other!! Thank you for sharing this very personal video with us all! LOVE YOU @BenAffleck @JLo pic.twitter.com/1xxBIC6qQp
— Becky ? (@JLoLover4Life) April 9, 2022
O, bundan çox həyəcanlı olduğunu deyib.
Xatırladaq ki, ayrıldıqdan təxminən 20 il sonra Cennifer Lopes və Ben Afflek arasında hisslər yenidən alovlanıb. Müğənninin sözlərinə görə, onların münasibətləri əvvəlki kimi deyil.
“Biz artıq bir-birimizi daha çox qiymətləndiririk. Sevdiyiniz insanla yaxın olmaq üçün ikinci şans əldə etmək nadir bir fürsətdir. Və biz bunu təbii qəbul etmirik”, – deyə o əlavə edib.
Yeri gəlmişkən, qeyd edək ki, təqribən 20 il əvvəl də cütlük nişanlanmış, lakin evlilik baş tutmamışdı.
Mənbə: Peopletalk
www.102info.az
