Çempionlar Liqası: İspaniya klublarının yarımfinaldakı rəqibləri müəyyənləşir

İdman

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

İngiltərə təmsilçilərindən “Liverpul” ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edəcək.

“Mançester Siti” isə Madriddə ilk oyunda qapıya bir dənə də olsun zərbə vurmağı bacarmayan son İspaniya çempionu “Atletiko”nun qonağı olacaq. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazandığından, heç-heçə də onlara sərf edir.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

13 aprel

23:00 “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya)

Baş hakim: Sərdar Gözübüyük (Niderland)

İlk oyun – 3:1

Oynamayacaqlar: Lukas Verisimo, Rodriqo Pinyo, Rafa Silva (hər üçü “Benfika”)

23:00 “Atletiko” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun – 0:1

Oynamayacaqlar: Xose Maria Ximenes, Ektor Erera (hər ikisi “Atletiko”), Qabriel Jezus, Benjamen Mendi, Koul Palmer (hər üçü “Mançester Siti”)

Qeyd edək ki, yarımfinalda “Liverpul” – “Benfika” cütünün qalibi İspaniya “Vilyareal”ı ilə, “Atletiko” – “Mançester Siti” görüşünün güclüsü isə Madrid “Real”ı ilə qarşılaşacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir