Bu gecə ikinci Qədr gecəsidir – FOTO

Cəmiyyət

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir. 

Oxu.Az xəbər verir ki, Ramazan ayının ikinci Qədr gecəsi aprelin 21-dən 22-nə keçən gecəyə təsadüf edir. 

Ramazan ayının üçüncü Qədr gecəsi aprelin 23-ü, dördüncüsü isə aprelin 27-də olacaq. 
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir