“Bayern” 45 dəqiqəyə “Frayburq”u darmadağın etdi – VİDEO

İdman

Almaniya Bundesliqasının 28-ci turunda “Bayern” səfərdə “Frayburq”u darmadağın edib.

Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.

58-ci dəqiqədə qonaqların heyətində L.Qoretzka hesabı açıb. 63-cü dəqiqədə ev sahibləri N.Petersenin qolu ilə hesabda tarazlığı bərpa ediblər. 73-cü dəqidə isə “Bayern” yenidən S.Qnabrinin qolu ilə önə keçə bilib. Qarşılaşmanın 82-ci dəqiqəsində K.Koman fərqi iki, oyuna əlavə edilmiş altıncı dəqiqədə isə M.Sabitzer üç topa çatdırıb.

1-4 hesablı qələbə ilə Bundesliqanın lideri xallarının sayını 66-ya çatdırıb.

“Franburq” isə 45 xalla beşinci pillədə qalaraq Çempionlar Liqasına vəsiqə verən dördüncü pilləyə yüksəlmək şansını əldən verib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir