Bakıda sürücüdən qeyri-adi hərəkət – VİDEO

Cəmiyyət

Bakıda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtomobilini arxa-arxaya sürüb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Paytaxtın Mirzəağa Əliyev və Füzuli küçəsinin kəsişməsində “Mercedes” markalı avtomobillə təhlükəli vəziyyət yaradan sürücünün bu addımı hansı məqsədlə atdığı məlum deyil.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsini iki halda pozub:

“Arxa-arxaya hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olan qayda pozuntularını edib. Eyni zamanda, hərəkət axınının əksinə də hərəkət var və İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinin də tərkibi var. Bununla bağlı şəxsin hüquqi məsuliyyəti təmin olunacaq”.

Xatırladaq ki, yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə görə 40 manat cərimə, 327.4-cü maddəsinin tələblərinə əsasən isə 100 manat və 4 bal cərimə nəzərdə tutulur.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir