Bakıda qəbirstanlıqda bir nəfər bıçaqlanıb

Kriminal

Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qəbirstanlıq ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü İmaməliyev Nail Salman oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir