Bakıda naməlum şəxs özünü dənizə atıb

Cəmiyyət

Bakıda naməlum şəxs özünü dənizə atıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir