Bakıda əvvəllər məhkum olan şəxs narkotik satmağa razı olmadığı üçün döyülərək şantaj edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq iki gün orada saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2 000 manat pul tələb etmələrini bildirib.
Polis əməkdaşları tərəfindən bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az
