Bakıda iki qadını avtomobil vurub

Cəmiyyət

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu dairəsi adlanan ərazidə qeydə alınıb.

1994-cü il təvəllüdlü Zəkiyeva Aysel Rizvan qızı və onun rəfiqəsi 1992-ci il təvəllüdlü Həsənova Ülviyyə Zülfəli qızı yolun əks tərəfinə keçmək istəyərkən onları minik avtomobili vurub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir