Azərbaycanda VAR sınaqdan keçirildi – FOTO

İdman

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

Bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, dünən ASK Arenada keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Videoköməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir